Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə klubunun nümayəndəsi Renat Dadaşovun oyununu izləyib

İngiltərə klubunun nümayəndəsi Renat Dadaşovun oyununu izləyib

Tarix: 4 May 2022 23:08

İngiltərə "Vulverhempton"u Portuqaliya "Tondela"sına icarəyə verdiyi Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxışını diqqətdə saxlayır.

Milli.Az "report"-a istinadən bildirir ki, klubun nümayəndəsi 23 yaşlı hücumçunun oyununu izləmək üçün sözügedən ölkəyə yollanıb.

Tondela şəhərinin eyniadlı təmsilçisinin səfərdə "Pakuş Ferreyra" ilə 1:1 hesablı heç-heçə etdiyi çempionat matçına tribunadan tamaşa edən "canavarlar"ın nümayəndəsi gənc forvardın durumu ilə bağlı məşqçilər heyətinə raport təqdim edəcək. Dadaşov oyunun 85-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov cari mövsümün əvvəlindən "Tondela"da çıxış edir.

Milli.Az


Etiketlər:  İngiltərə klubunun nümayəndəsi Renat Dadaşovun oyununu izləyib


RƏYLƏR