Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 08:48
Alimlər sübut edir ki, bildirçin yumurtası immuniteti möhkəmləndirən ən yaxşı vasitələrdən biridir.
Bildirçin yumurtasının tərkibi çox zəngindir. Belə hesab olunur ki, digər quşların yumurtaları ilə müqayisədə bu yumurtaların tərkibində B1, B2, B12, A vitaminləri daha çoxdur. Bundan əlavə bu yumurtalar maqnezium, kalium, kalsium, ftor, sink, marqans, fosfor, dəmir kimi mikroelementlər və əvəzolunmaz aminoturşularla olduqca zəngindir.
Bildirçin yumurtası sinir sistemin fəaliyyəti çox müsbət təsir edir. B qrupu vitaminlərlə zəngin olan bu yumurta nevrozlar, əsəbilik zamanı yaxşı kömək edə bilər. Alimlərin fikirinə görə, bildirçin yumurtası insanın əqli fəaliyyətinə çox müsbət təsir edir. Bu səbəbdən əqli fəaliyyəti ilə məşğul olan insanların, məktəblilərin, tələbələrin rasionunda bu faydalı məhsul mütləq olmalıdır.
Uşaqlar, hamilə qadınlar, yaşlı insanlar üçün bildirçin yumurtası olduqca xeyirlidir. Qeyd etdiyimiz kimi, bildirçin yumurtası immuniteti gücləndirir. Bu isə məhz bu qrup insanlar üçün xüsusilə vacibdir.
İmmuniteti möhkəmləndirən bildirçin yumurtası şişəleyhinə olan profilaktik vasitə kimi də effektli sayılır.
Hesab olunur ki, bu yumurta kişilərdə cinsi zəifliyi ardan qaldırmağa, potensiyanı gücləndirməyə kömək edir.
Hipertoniyadan, qan azlığından, bronxial astmadan, şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də bildirçin yumurtası çox xeyirlidir.
Bir çox kosmetik vasitələrin (müxtəlif kremlər, şampunlar) tərkibinə bildirçin yumurtası daxil edilir. Bu yumurta dəriyə və saçlara çox yaxşı təsir edir, dərini cavanlaşdırır, dərinin rəngini yaxşılaşdırır, saçları daha parlaq və sağlam edir. Ev şəraitində hazırlanan müxtəlif üz üçün olan maskalara bildirçin yumurtasını əlavə etmək olar. Məsələn, cavanlaşdıran maska: çiy bildirçin yumurtasını yaxşı çalın, 1 çay qaşığı zeytun yağı, 1/2 limon şirəsini əlavə edin, yaxşı qarışdırın və dəriyə çəkin. 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Bildirçin yumurtasından fayda almaq üçün bu məhsulu daim qəbul etmək lazımdır (həftədə bir neçə dəfə). Gün ərzində 2-3 belə yumurta yemək olar. Bu yumurtaları bişmiş, qızarmış şəkildə yemək, salatlara əlavə etmək olar.