Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST pandemiyanın yeni dalğalarının olacağını istisna etmir

ÜST pandemiyanın yeni dalğalarının olacağını  istisna etmir

Tarix: 8 May 2022 22:36

Omikronun 3 yeni alt variantları yoluxuculuğuna görə ÜST-ün diqqətini çəkib. Bildirilib ki, bu, COVID-19 infeksiyasının yenidən artımasına səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, BA.4, BA.5 (yeni Cənubi Afrika "omikron"ları) və BA.2.12.1 (Nyu-York versiyası) koronavirus altversiyaları dünyada yayılmaqdadır.

BA.2.12.1 variantı ABŞ-da çox sürətlə yayılır və ümumiyyətlə virusun ən sürətlə yayılan variantı hesab olunur. Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarında bu ştam artıq dominant sayılır və onun yalnız bu ərazi ilə məhdudlaşması ehtimalı azdır

Yeni variantlar kütləvi immunitet üçün problemə çevrilə bilər, çünki onlar gücləndirici peyvəndin effektivliyini şübhə altına alır.

Milli.Az


Etiketlər:  ÜST pandemiyanın yeni dalğalarının olacağını istisna etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ