Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 12:46
"Next-Generation Air Dominance" (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, "Lockheed Martin F-22"-ni əvəz edəcək.
Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq.
"Popular Mechanics"in rəyinə görə, 77 milyon dollarlıq F-35-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq.