Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 14:24
Ufada kanat yolu dayanıb. Sərnişinlər bir neçə metr hündürlükdə havada asılı qalıblar.
Ümumilikdə funikulyorun kabinələrində 9-u uşaq olmaqla 35 nəfər olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, insanların aşağı düşməsinə kömək etmək üçün hadisə yerinə xilasedicilər cəlb olunub.
Zərərçəkənlərin olmadığı bildirilir.
Məlum olub ki, kanat yolu dayaqlardan birində kabeldə qəza səbəbindən dayanıb. Funikulyor təmirə bağlanıb.