Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 23:48
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində qazi olan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qəbulda nazirin köməkçisi Yunus Emre Karaosmanoğlu da iştirak edib.
"Azərbaycan Ordusu böyük bir uğurla hərəkatı gerçəkləşdirdi. Buna görə sevincliyik. Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə, gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Hulusi Akar vurğulayıb.