Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 21:36
Avropa Birliyi tərkibində E 171 kodlu ağ süni rəngləndirici olan qida məhsullarının istehsalı, satışını rəsmən qadağan edir.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, kimyəvi adı dioksid titan adlı əlavə rəngləndiricidə nanohissəciklər var.
Fransada bu maddə hələ 2020-ci ildən ləğv olunub.
E171 ərzaq məhsuluna dümağ rəng vermək üçün istifadə olunur. Saqqızlar, qənnadı məhsulları, qlazur, krem, pirojnalar, krab çubuqları və s. qidalar rənglənir. Uzun müddət məhsul ağ rəngini itirmir.
Rusiyalı biologiya elmləri doktoru, biotexnologiya üzrə mütəxəssis İvan Qmoşinskiy bildirib ki, bu maddə dərman vasitələrinin də ağ rəng alması üçün istifadə olunur. Eləcə də bəzi yuyucu gellər, vitaminlər, dərman qutuları, diş məcunları, kremlərə də bu maddə qatılır.
Hətta pendirlərin də bəyaz olması üçün E171 tətbiq olunur.
Avropanın iri məşhur fast-food brendləri sendviçlərə vurulan, sous, salat və şorbalara qatılan xüsusi souslara bu maddəni çox geniş şəkildə istifadə edir.
2020-ci ilə qədər hesab olunurdu ki, E171 insan orqanizmi üçün təhlükəsizdir, çünki bağırsaqdan bədənə sovrulmur, o sadəcə tranzit olunaraq, nəcislə xaric olunur.
Lakin sonradan elmi araşdırmalar göstərdi ki, uzun müddət bu maddələrin tərkibində olan nanohissəciklər bağırsaq mikroflorasında qalır, qana keçir və immuniteti zəiflədir, hətta genetik aparat DNT-yə belə mənfi təsir edir.
Qeyd edək ki, Azərbaycanda da bu siyahıya daxil olan E171 maddəli qida məhsulları piştaxtalarda kifayət qədərdir və bu qanun hələ ki, bizdə qəbul olunmayıb.