Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 15:40
Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının ikinci günü davam edir.
Yarışların ikinci günündə gimnastlar fərdi proqramda halqa və topla hərəkətlərdə çıxış edir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-ə qədər davam edəcək.
Trend yarışdan maraqlı anları təqdim edir:
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin