Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 12:40
Müğənni Roza Zərgərli həmkarı Niyam Salaminin onunla bağlı dediklərinə cavab verib.
Sonxeber.net xəbər verir ki, bu haqda axşam.az-a danışan sənətçi Niyamı yalan danışmaqda ittiham edib:
"Onunla küsülü deyiləm. Özü-özündən şübhələnir. Çoxdan aramızda qalmaqal olmuşdu, danışmırdıq. Amma sonra barışdıq. Neçə dəfə verilişimə qonaq çağırmışam, gəlməyiblər. Deyiblər, vaxtımız yoxdur".
Qeyd edək ki, Niyam "Şourum" proqramında Roza haqda "İçimdən gələnləri efirdə yox, üzünə deyə bilərəm. Münasibətimiz yoxdur" sözlərini söyləyib.