Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konserti ləğv edilən azərbaycanlı müğənni təhqir olunur

Konserti ləğv edilən azərbaycanlı müğənni təhqir olunur

Tarix: 1 Iyun 2022 11:05

Müğənni Ayaz Babayevin Bakı Dövlət Universitetindəki (BDU) konserti ləğv olunub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə müğənni özü instaqramda məlumat yayıb. O bildirib ki, məsələ universitet rəhbərliyi ilə əlaqəlidir:

"Mənə hədsiz sayda mesaj gəlir, hətta təhqir edənlər də var ki, niyə aldatdınız, gəlmədiniz. Artıq neçənci dəfədir ki, bu hal yaşanır, bunu edən rəhbərlikdir. Nə tələbələrə hörmət edir, nə də sənətçilərə. İnsan çox gəlib deyə konserti ləğv etmək nə deməkdir?

Ölkədə karantin rejimi bitib, bu qayda-qanun nədir? Bu insanlar, biz sənətçilər oyuncaq deyilik. Biz vaxtımızı ayıraq, siz vaxt dəyişin, ləğv edin, ya da konserti yarıda kəsin. Heç bir universitet öz tələbələrinə və gələn sənətçilərə qarşı belə hörmətsizlik etmir, sadəcə ayıb olsun.

Tələbələr günahı məndə bilir, amma əmin olun ki, hər zaman problem BDU-da olur. Bu dəfə də qoymadılar, görüşək. BDU tələbələrinin hər dəfə əyləncəsinə "soğan doğrayan", biz sənətçilərin zamanına sayğı duymayan hər kimdirsə bu paylaşımdan sonra inşallah cəzasını alar. BDU tələbələri, sizi sevirəm. 11 iyun "Elektra Events Hall"dakı konsertimizə gəlin, bu günün acısını çıxaraq".


Etiketlər:  Konserti ləğv edilən azərbaycanlı müğənni təhqir olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ