Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Tarix: 8 Iyun 2022 16:16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, "Siren Trading" MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 2330 kq müxtəlif növ qida məhsulları (un və un məmulatları, dənli paxlalı bitkilər, süd məhsulları və s.) "Təhlükəli Tullantılar" MMC-yə məxsus tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Milli.Az


Etiketlər:  İstehlaka yararsız qida məhsulları məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ