Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 12:24
Gecə saatlarında ruslar Dnepropetrovsk vilayətini atəşə tutdular, səhər saatlarında Dnepr bölgəsinə raket hücumu olub, bir nəfər yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko məlumat verib.
"Gecə və səhər gərgin keçib. Gecə düşmən yenidən Krivoy Roq rayonunu atəşə tutub. Üç icma birdən atəşə tutulub. Zelenodolsk icmasında dağıntılar var. 41 yaşlı qadın qəlpə yarası alıb. Səhər Dnepr rayonuna raket zərbəsi endirilib", - o yazıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Təfərrüatlar dəqiqləşdirilir.
Rezniçenko həmçinin qeyd edib ki, Dneprdə güclü səhər yanğını düşmənin hücumu ilə bağlı deyil. Onun sözlərinə görə, şəhərin müəssisələrindən biri yanırdı, lakin xilasedicilər artıq yanğını söndürüblər.
Aslan Məmmədov