Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın intihar məktubu yazıb özünü öldürdü - Əri seksual manyak imiş

Qadın intihar məktubu yazıb özünü öldürdü - Əri seksual manyak imiş

Tarix: 21 Iyun 2022 20:52

Ərini uşağa sataşmaqda ittiham edən Krasnoyarsk diyarının sakini meşədə ölü tapılıb.

Milli.Az bu barədə NGS24.ru-ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, əvvəllər bu qadın ərini qızına sataşmaqda ittiham edib. Kişi əvvəlcə bunu etiraf etsə də, sonradan dediyindən imtina edib. Lakin yenə də onun barəsində həbs-qətimkan tədbiri seçilib. İyunun 20-də axşam saatlarında arvadının meyiti meşədə tapılan zaman kişi təcrid olunmuş vəziyyətdə, uşaq isə nənəsinin yanında olub.

"Kras Mash" Telegram kanalının məlumatına görə, qadın ərinin anası üçün intihar məktubu qoyub: o, belə yaşamağa davam edə bilməyəcəyini yazıb. O, ərinə böhtan atdığını etiraf etsə də, onu istintaq təcridxanasından buraxmayıblar.

Hazırda ölümün dəqiq səbəbi məlum deyil, ekspertlər onun müəyyənləşdirilməsi üzərində işləyirlər. Mərhumun xroniki nevroloji xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Qadın intihar məktubu yazıb özünü öldürdü Əri seksual manyak imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ