Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA sahibkarları güzəştli fəaliyyət rejimindən yararlanmağa dəvət edir

KOBİA sahibkarları güzəştli fəaliyyət rejimindən yararlanmağa dəvət edir

Tarix: 20 Sentyabr 2019 11:42

Bakı. İlhamə İsabalayeva - Trend:

Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarları bu imkandan yararlanmağa dəvət edirik.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır.

O.Məmmədov əlavə edib ki, bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər:
"KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərə bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  KOBİA sahibkarları güzəştli fəaliyyət rejimindən yararlanmağa dəvət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ