Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotik çəkib valideynlərini bıçaqladı

Narkotik çəkib valideynlərini bıçaqladı

Tarix: 24 Iyun 2022 19:52

Rus valideynlərini vəhşicəsinə qətlə yetirdiyinə görə mühakimə olunacaq - 29 yaşlı Saxalin sakini 60 yaşlı anası və 67 yaşlı atası ilə tez-tez mübahisə edib.

Milli.Az bildirir ki, bu barədə Rusiyanın Saxalin vilayəti üzrə İstintaq Komitəsi məlumat verib.

Agentliyin məlumatına görə, cinayət 2022-ci ilin yanvar günlərinin birində baş verib: narkotik maddənin təsiri olan şəxs evdə valideynləri ilə birlikdə olarkən növbəti mübahisə yaranıb və bu zaman oğlan mətbəx bıçağını götürərək atasına azı on, daha sonra isə anasına eyni bıçaqla ən azı 8 zərbə endirib. Zərərçəkənlər aldıqları xəsarətlərdən və qan itkisindən hadisə yerində ölüblər.

Bu cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs ömürlük həbsə qədər cəza ala bilər, cinayət işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Narkotik çəkib valideynlərini bıçaqladı


RƏYLƏR