Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 17:55
Əməkdar artist Aybəniz Haşımova bir neçə gün əvvəl dünyasını dəyişən türkiyəli aktyor Cüneyt Arkınla bağlı paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə aktyorun əziz xatirəsinə mahnı ithaf etdiyini və onu bütün türk xalqı üçün səsləndirdiyini bildirib:
"Neçə gündür bu xəbər məni özümdən alıb və bilmirdim ürəyimi necə soyudum. Sanki heç yerə getmədin, yer üzündəsən, bəs niyə yer üzü birdən boşaldı? Elə bil onu sevənləri çökdürdü, bütün ölkəni ayağa qaldırdı. Onu yaxından tanıyan hər kəs belə deyir: Kişi adamıydı! Sözünə, əməlinə bütöv! Neçə gündür onun üçün ürəyim ağlayır, qəlbim sızlayır. Bilirəm, bir müddət sonra onun da yoxluğuna alışacağıq. Amma bir həqiqət var. O bir də geri gəlməyəcək. Biz isə sənətkarını daim uca tutan xalqa təşəkkür edirik! Allah sizi qorusun".