Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 22:38
BMT və Avropa Komissiyası (AK) iyulun 7-8-də Nyu-Yorkda ilk yüksək səviyyəli dialoq keçirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, tədbirə BMT-nin baş katibi Antonio Quterreş və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəhbərlik edəcək.
"Bir neçə sessiya ərzində iştirakçılar beynəlxalq ictimaiyyətin qarşısında duran bir sıra əsas problemləri və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər", - deyə BMT rəsmisi bildirib.
O, bildirib ki, iclasda söhbət sülh və təhlükəsizlik, iqlim dəyişikliyi, insan hüquqları, rəqəmsal sferada qarşılıqlı fəaliyyət, eləcə də qlobal iqtisadiyyatdakı vəziyyətdən olacaq.
"Tərəflər həmçinin Ukraynadakı vəziyyətə o cümlədən ərzaq, enerji və maliyyə böhranına toxunacaqlar", - deyə Düjarrik bildirib.