Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Milli Gimnastika Arenasının zalı rahatdır - ABŞ komandasının məşqçisi

Bakıda Milli Gimnastika Arenasının zalı rahatdır - ABŞ komandasının məşqçisi

Tarix: 22 Sentyabr 2019 06:00

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında idmançılar rahat çıxış edirlər.

Trend-in məlumatına görə, bunu Trend-ə ABŞ yığmasının məşqçısı Marqarita Mamzina deyib.

M.Mamzina qeyd edib ki, Bakıda gimnastika arenasının zalı rahat və xoşagedəndir:

"Xalçaya çıxanda gimnastların arenadan qorxması, geniş tamaşaçı qorxusu yoxdur - burada hər şey çox rahatdır. İşıqlandırma, zalın bəzədildiyi rənglər, burada işləyən insanlar - hər şey gözəl təəssürat yaradır".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Milli Gimnastika Arenasının zalı rahatdır ABŞ komandasının məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ