Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süd içməyin zərərləri

Süd içməyin zərərləri

Tarix: 10 Iyul 2022 08:24

Bir stəkan süd insanların, xüsusilə də uşaqların gündəlik ehtiyaclarını kifayət qədər qarşılayır.
İmmunitet.az xəbər verir ki, əksər insan çoxlu süd içməyin faydalı olduğunu düşünür. Ancaq aparılan araşdırmalar süddən çox istifadənin uşaqlar üçün zərərli olduğunu bildiriblər. Çoxlu süd çoxlu kalsium demək deyil. Bu daha da azyaşlıların böyümə sürətini azaldır. Həmçinin süd, ehtiyac olandan daha çox içilərsə dəmir əksikliyi, qansızlıq yarada bilər. Bununla yanaşı diş çürümələrinə səbəb olacaq.
İnsanda halsızlıq, yuxusuzluğu yaratmağı mümkündür.
İnək südü bəzi insanlarda qaz yaradır. Həssas şəxslərə isə allergiya verə bilər. Çox nadir olsa da bəzi hallarda bulantı, qusma halları da baş verə bilər.
Araşdırmalar zamanı ən çox süddən istifadə edən ölkənin ABŞ olduğu, ildə insan başına 130 litr süd istifadə edildiyi, sümük qırıqları və sümük əriməsi xəstəliklərinin də bu dövlətdə müşahidə edildiyi məlum olub.
Qeyd edək ki, yaşıl yarpaqlı bitkilər insan vücudunda kalsium ehtiyacını qarşılayır. Həmçinin südü içməkdənsə, qatıq, pendir olaraq istifadə etmək orqanizm üçün daha faydalıdır.


Etiketlər:  Süd içməyin zərərləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ