Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turpun faydaları

Turpun faydaları

Tarix: 12 Iyul 2022 04:03

Turpun tərkibində olan maddələrə görə orqanizmə aşağıdakı faydaları vardır:
- Soyuqlama zamanı gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı turp suyu içilərsə, xəstəliyin əlamətləri azalar.
- Öskürmə zamanı ballı turp öskürəyi kəsməkdə köməklik göstərir. Bunun üçün turpun sirəsi çıxarılır, acı dadı çıxsın deyə soyuducunun dondurma gözündə saxlanılır. Soyuducudan çıxarılaraq otaq tempraturu aldıqdan sonra 1/1 nisbətində balla qaışdırılıb içilir.
- Turp yemək qara ciyər fəaliyyətini yüksəldir.
- Yüksək təzyiqi aşağı salmaqda kömək edir.
- Tərkibində olan qlukosinatlar xərçəngin əmələ gəməsinə mane olur.
- Bağırsaq xərçənginə qarşı qoruyucu təsirə malikdir.
- Diş ətini möhkəmləndirir.
- İştah açır.
- Ödqovucu təsirə malik olduğu üçün bağırsaqlqrın işini asanlaşdırır.
- Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır.
- Qazçıxardıcı təsirə malikdir.
- Bağırsaqları dezinfeksiya edir.
- Xolisistitin müalicəsində faydası var.
- Antioksidant təsirə malikdir.
Turpun zərərləri:
Mədə yarası və mədədə başqa xəstəlikləri olan adamların çox turp yeməsi narahatçılığa səbəb ola bilər.
Böyrəkdaşı xəstəliyindən əziyyət çəkənlərə çox turp yemək olmaz. Çünki turpda çoxlu minerallar var.
Yod çatışmazlığından əziyyət çəkənlərə çox turp yemək məsləhət deyil.
100 qram turpun tərkibində olanlar:
- vitamin A, B1, C
- fosfor 31 mq
- kalsium 37 mq
- kalium130 mq
- protein 1,2 mq
- kalori 20.


Etiketlər:  Turpun faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ