Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyanın apardığı siyasətə müxalif qüvvələr qarşıdır''

''Paşinyanın apardığı siyasətə müxalif qüvvələr qarşıdır''

Tarix: 18 Iyul 2022 18:54

"Erməni silahlı qüvvələri məğlubiyyətdən sonra vaxtaşırı, son 2 ayda isə ardıcıl olaraq bölgələrimizi atəşə tururlar".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, bizim ordumuz da adekvat cavab ilə düşməni susdurur: "Düşünürəm ki, bu təxribatların səbəbi Ermənistan ordusunun daxilində olan revanşist qüvvələrdir. Eyni zamanda Paşinyanın apardığı siyasətə müxalif qüvvələr qarşıdır. Bunlar müxalifət tərəfindən törədilir. Ancaq bunun davam etməsi mümkün deyil. Azərbaycanın irəli sürdüyü 5 şərti ermənilər qəbul etməlidir. Onlar bu şərtlərdən imtina edə bilmirlər. Çünki bu prinsipləri həm Rusiya, həm Avropa Şurası, həm də Amerika Birləşmiş Ştatları dəstəkləyir. Ona görə də biz addım-addım sülhün bərqərar olunması üçün çalışırıq.

Qeyd edim ki, sülh müqaviləsi bağlanandan və sərhədlərimiz möhkəmlənəndən sonra bu təxribatların qarşısı alınacaq. Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyinə görə, artıq Amerikanın qəzəbinə tuş gəlib və yaxın zamanda düşünürəm ki, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq ediləcək.

Amerika Mərkəzi kəşfiyyat idarəsinin rəisinin İrəvana gəlməsi onu göstərir ki, bu səfər Ermənistana xəbərdarlıq idi. Rusiyaya kömək etməkdən çəkindirmək istəyəcəklər. Əks təqdirdə Ermənistan Avropa və Amerika tərəfindən ciddi sanksiyalara məruz qalacaq. Azərbaycanın bu işdə alnı açıqdır. Azərbaycanın apardığı balanslaşdırılmış düzgün siyasət öz nəticəsini verir. Azərbaycanın Cənubi Qafqaz ölkələrindən fərqli olaraq heç bir kirli siyahıda adı yoxdur".


Etiketlər:  Paşinyanın apardığı siyasətə müxalif qüvvələr qarşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ