Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 20:08
Ötən gün dünyasını dəyişən 5 yaşlı şəhid övladının anası, uşağının ölümündə həkimləri günahlandırıb. O, iddia edib ki, həkimlərin məsələ ilə bağlı ictimaiyyətə dedikləri yalandır. Uşaq xəstəxanaya gələndə vəziyyəti ağır olmayıb. Həkimlərin səriştəsizliyi nəticəsində uşağın halı xəstəxanada pisləşib. Daha sonra isə həkimlər uşaq sağ ola-ola ayağını bağlayıb, öldüyünü bildiriblər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin həyat yoldaşı Aynurə Cəfərli, ötən gün boğazında şokolad kağızı qalaraq dünyasını dəyişən 5 yaşlı övladının ölümündə həkimləri ittiham edir. Onun sözlərinə görə azyaşlı xəstəxanaya gələndə şüuru aydın və anlaq vəziyyətdə olub.
Onun sözlərinə görə həkimlərin səriştəsiz və qeyri tibbi üsulla müdaxiləsi nəticəsində körpənin vəziyyəti ağırlaşıb.
Aynurə Cəfərli iddia edir ki, xəstəxanada uşağın əlini ayağını bağlayıb, öldüyünü iddia etsələr də uşaq sağ olub.
TƏBİB-dən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Yaxın müddətdə bununla bağlı ictimayətə açıqlama verləcək. Qeyd edək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin 3 övladından biri idi.