Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 10:02
Korrupsiya ittihamı ilə saxlanılan Göyçay İcra Hakimiyyətinin şəhər üzrı nümayəndəsi Rəşad Şükürovla bağlı istintaq tamamlanıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsindəki cinayət işi üzrə materiallar toplanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Nahid Mirzəyev sədrlik edəcək.
Qeyd edək ki, R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Onu da xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev həbs edilib.