Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 11:52
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin ötən gün 73 yaşında vəfat edən anası Müjgan Bilgin son mənzilə yola salınıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Gündeşin anası üçün Zincirlikuyu qəbiristanlığında yas mərasimi keçirilib.
Yas mərasimində Mustafa Ceceli, Sinan Akçıl, Murat Boz kimi bir çox məşhur simalar iştirak edərək Ebruya bu çətin anında dəstək olublar.
Qeyd edək ki, müğənninin anası koronavirus xəstəliyindən vəfat edib.