Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakira istintaqla əməkdaşlıqdan imtina edib

Şakira istintaqla əməkdaşlıqdan imtina edib

Tarix: 28 Iyul 2022 08:12

İspaniyada maliyyə fırıldağında ittiham olunan kolumbiyalı müğənni Şakira Barselona prokurorluğu ilə əməkdaşlıqdan imtina edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müğənni təqsirsiz olduğunu bildirərək işə Barselona məhkəməsində baxılmasını istəyir. Bununla belə, vəkillər məhkəməyədək prokurorluqla razılığa gəlmənin mümkün olduğunu bildiriblər. Prokurorluq isə işi hələ məhkəməyə göndərməyib.

Şakira mətbuata açıqlamasında bildirib ki, qastrollar zamanı əldə etdiyi gəlirdən İspaniyada 17,2 milyon avro vergi ödəyib və bu ölkəyə heç bir borcu yoxdur.

Prokurorluq isə məşhur müğənninin 2012-2014-cü illər üzrə 14,5 milyon avronu vergidən gizlətdiyini iddia edir.


Etiketlər:  Şakira istintaqla əməkdaşlıqdan imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ