Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Ukraynanı sarsıdacaq AÇIQLAMA

ABŞ-dan Ukraynanı sarsıdacaq AÇIQLAMA

Tarix: 30 Iyul 2022 21:48

ABŞ dövlət katibi Entoni Blinken Senatın qəbul etdiyi qətnaməyə və ölkədəki nüfuzlu siyasətçilərin çağırışlarına baxmayaraq, Rusiyanı terrorizmin himayədarı dövləti kimi tanımağa hazır deyil.

Bu barədə  "The New York Times" nəşri  yazıb.

Nəşrin yazdığına görə, Blinken belə bir addımın Vaşinqtonu Rusiya ilə biznesini davam etdirən bəzi müttəfiqlərinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcəyindən ehtiyat edir.

Bundan əlavə, belə bir addım Moskva ilə diplomatik əlaqələri, hətta bu gün mövcud olan minimum səviyyədə saxlamağı çətinləşdirəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatı Rusiya Federasiyasının terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsini istəyib.

Həmçinin bildirək ki, indi ABŞ Rusiya Federasiyasını terrorizmin sponsoru kimi təsnif etmək variantını və bir sıra digər sanksiyaları araşdırır.

Əlavə edək ki, eyni zamanda Dövlət Departamenti artıq qeyd edib ki, onlar Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsinin mümkünlüyündən heç bir effekt görmür.


Etiketlər:  ABŞ Ukraynanı sarsıdacaq AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ