Tarix: 24 Sentyabr 2019 23:08
Çempionlar Liqasının qarşıdakı mövsümlərində final matçlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasından sonra mətbuat konfransında məlumat verib.
O, ÇL-in 2021-ci ildəki finalının Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda olacağını deyib. 2022-ci ilin finalı Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. 2023-cü ildə isə həlledici matç Londonda “Uembli” stadionunda oynanılacaq.
Çeferin 2021-ci ildə Avropa Liqasının final matçının keçiriləcəyi arenanı da açıqlayıb. Qarşılaşma İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes” stadionunda olacaq.