Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ən uzun müddətli fəsadları: Eşitmədə problem, dad dəyişikliyi...

Koronavirusun ən uzun müddətli fəsadları: Eşitmədə problem, dad dəyişikliyi...

Tarix: 7 Avqust 2022 09:06

Koronavirus keçirdənlərdə ən uzunmüddətli fəsad mərkəzi sinir sisteminin işi ilə bağlıdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist, virusoloq Nikolay Malışev bildirib.

Onun sözlərinə görə, zaman keçdikcə COVİD-19-un xüsusən də mərkəzi sinir sisteminə təsirləri barədə daha çox şey öyrənilir.

"Uzun müddət eşitmə qabiliyyəti zəifləmiş və hələ də normal vəziyyətə qayıtmayan xəstələri şəxsən müşahidə etmişəm. Bundan başqa dad dəyişikliklərinin davam etdiyi hallar da görünüb", - deyə mütəxəssis əlavə edib.

İnfeksionit qeyd edib ki, xəstəliyi çoxdan keçirmiş insanlar təkcə sinir sistemindəki problemlərdən şikayət etmirlər; Koronavirusa yoluxanların təxminən 1/3-də qaraciyər problemi yaranır, dərindən araşdırdıqda isə tənəffüs sistemində problemlərin, xüsusən də nəfəs darlığının aylarla davam etdiyi hallar olub.

"İnsan xəstəliyi asan keçirdir və elə düşünür ki, hər şey keçdi. Amma əslində bu o qədər də sadə deyil. Hətta belə yüngül formalardan sonra da müxtəlif orqanların zədələnməsi mümkündür. Hesab edilir ki, xəstələnənlərin 1/3-i müxtəlif orqan və sistemlərin bu və ya digər formada zədələnməsindən əziyyət çəkir", - deyə Malışev sözlərini yekunlaşdırıb.


Etiketlər:  Koronavirusun uzun müddətli fəsadları Eşitmədə problem dəyişikliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ