Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 21:16
Sənədlərdəki səhvə görə amerikalı yüzə yaxın mülkün sahibi olub.
Sonxeber.net Daily Mail-ə istinadən bildirir ki, Nevada ştatında bir qadına ucuz qiymətə 84 ev satılıb.
Evlərin ümumi dəyəri 50 milyon dollardır. Yeni sahib bu ərazidəki əmlaklardan birini almaq ümidi ilə cəmi 594 400 dollar ödəyib, lakin müqaviləni tərtib edən "Westminster Title" mütəxəssisi imzalanandan sonra qadının bütün qonşu mülkləri alacağını bildirib.
Sənəddə əvvəllər başqa şəxslərə satılan evlər də qeyd olunub. İndi səhvə görə məsuliyyət daşıyan şirkət bütün obyektləri tərtibatçıya, sonra isə real sahiblərə ötürməli olacaq. Hazırkı sahib əmlakla ayrılmaqdan imtina edə bilər, lakin vəkillərin fikrincə, o, məhkəmədə işi uda bilməyəcək.
İrfan Vəliyev