Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abituriyentlərin ixtisas seçimi başlayır - ən gərgin vəziyyət bu qruplarda olacaq - VİDEO

Abituriyentlərin ixtisas seçimi başlayır - ən gərgin vəziyyət bu qruplarda olacaq - VİDEO

Tarix: 16 Avqust 2022 18:32

Bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qruplarında müşahidə oluncaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, ötən illərlə müqayisədə bu il aparılacaq ixtisas seçimləri arasında ciddi dəyişikliklər var.

"Bu il ən yüksək müsabiqə şərtinin olması gözlənilir",- deyə ekspert vurğulayıb.

O, ixtisas seçərkən diqqət edilməli məqamları da açıqlayıb.

Qeyd edək ki, sabahdan I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, eləcə də subbakalavrlar üçün ixtisas seçimi başlayır. Proses avqustun 28-dək davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Abituriyentlərin ixtisas seçimi başlayır ən gərgin vəziyyət bu qruplarda olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ