Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 08:14
Meksikanın keçmiş baş prokuroru Xesusa Murilo Karam saxlanılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi Tvitterdə məlumat yayıb.
Məlumatda bildirilir ki, keçmiş baş prokuror 2014-cü ildə 43 tələbənin itkin düşməsi faktının araşıdrılmasında yol verilmiş cinayətlərdə təqsirli bilinir.
Xesusa Murilo Karam saxlanılan zaman polisə müqavimət göstərməyib. Daxili İşlər Nazirliyi bildirib ki, itkin düşən tələbələrin yaşamaq ehtimalı azdır. Lakin cinayəti törədənlərin hamısı aşkara çıxmadıqca proses davam edəcək.