Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay meyvələri artıq çəki yarada bilər!

Yay meyvələri artıq çəki yarada bilər!

Tarix: 20 Avqust 2022 20:18

Habertürk saytının məlumatına görə, qidalanma və diyet mütəxəssisi Gülay Hamzaoğlu Öztürk yay mövsümündə arıqlama ilə bağlı bəzi məqamları açıqlayıb.

Meyvələrin kalorilərinə diqqət

Gülay Hamzaoğlu Öztürkün fikrincə, həzm sisteminin hərəkəti metabolizm sürətinin göstəricisi olduğu üçün bağırsaq hərəkətlərini artıracaq lifli qidalanmaya daha çox yer vermək lazımdır: "Bunun üçün qida qruplarından ən dəyərlilərindən olan meyvə-tərəvəzin müxtəlif növlərindən istifadə edin. Meyvə-tərəvəzi istər tək olaraq,istərsə də salatlar şəklində yeyə bilərsiniz. Məsələn, ananas, kivi, alma və armud kimi meyvələri kub şəklində doğrayaraq və içinə biraz ilıq süd və 1-2 yemək qaşığı kəpək əlavə edərək qəbizlik proqramında belə salata yer verə bilərsiniz. Ancaq meyvələrin normadan artıq yeyilməsi də arıqlamanıza mane ola bilər, əksinə, kilo almanıza belə səbəb ola bilər. Məsələn, yay meyvəsi olan qarpız kilo almanıza səbəb ola bilər. Buna görə də meyvənin böyüklüyünə və porsiyalarına diqqət edin. Gün ərzində aktivsinizsə və metabolizminiz yaxşı işləyirsə, kilo almamaq üçün yay meyvələrini gündəlik orta hesabla 3-4 porsiya qəbul edin".


Etiketlər:  meyvələri artıq çəki yarada bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ