Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Məqsəd qrupa düşməkdir" - Qurban Qurbanov

Tarix: 22 Avqust 2022 21:48

"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Milli.Az


Etiketlər:  Məqsəd qrupa düşməkdir Qurban Qurbanov


RƏYLƏR