Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dənizdə tək qalan azyaşlı xilas edildi

Dənizdə tək qalan azyaşlı xilas edildi

Tarix: 23 Avqust 2022 17:16

Böyük Britaniyada xilasedicilər qrupu böyüklər olmadan sahildən 150 metr məsafədə üzən 10 yaşlı qızı təsadüfən aşkar ediblər.

Milli.Az bildirir ki, bu barədə Mirror yazır.

Qız Şimali Uelsin ən məşhur kurortlarından sayılan Anglsi adasının çimərliyində tapılıb. Belə ki, xilasetmə jileti olmayan, taxtada oturan 10 yaşlı uşağı səyyar sahil mühafizə qrupu qayıqdan görüb: qız dənizdə nəzarətsiz olaraq sahildən böyük məsafədə olub.

Qeyd olunur ki, valideynlər uşağı unudublar: xilasedicilərin sözlərinə görə, çimərliyə gələnlər insanların çoxu dənizdə olan tənha qıza fikir versələr də, ana və ata ətrafda baş verənlərə əhəmiyyət verməyiblər.

Xilasedicilər uşağı sudan çıxararaq sahilə gətiriblər. Valideynlərlə dənizdə təhlükəsizlik mövzusunda söhbət aparılıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Dənizdə tək qalan azyaşlı xilas edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ