Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 22:48
Ödem - qanla toxumalar arasında su mübadiləsinin pozulması nəticəsində hüceyrəarası boşluqda izafi maye toplanması deməkdir.
Ödemlərin daha çox rast gəlinən yaranma səbəbləri
Burada ödemləri yerli və ümumi qruplara ayırmaq vacibdir. Ümumi ödemlər ürək, böyrək, qaraciyər xəstəlikləri ilə törədilir. Digər səbəblər - hipoproteinemiya, hipotireoz.
Yerli ödemlər səbəbindən və patogenezindən asılı olaraq, aşağıdakı növlərə ayrılır:
1. Venoz ödemlər: dərin venaların kəskin trombozu, xroniki venoz çatışmazlıq (varikoz xəstəlik, posttromboflebitik sindrom)
2. Limfatik ödemlər (ilkin və ya ikincili limfedema)
3. Dərman vasitələrinin qəbulundan törənən ödemlər
Sonxeber.net ailehekimi.az-a istinadən bildirir ki, həkimin xüsusi diqqət yetirməli olduğu və vəziyyətin ağırlığına dəlalət edən, yaxud ciddi fəsadların prediktoru hesab olunan xüsusiyyətlər və ya simptomlar, bir növ "qırmızı bayraqlar" mövcuddur.
• Ödemlərin qəflətən və ya sürətlə artması;
• Birtərəfli ayaq ödemi və ya ayaqların asimmetrik ödemi;
• Ayaqların ödemi ilə yanaşı, təngnəfəsliyin artması, uzanıqlı vəziyyətdə boğulma
Ödemlər, eləcə də hipoonkotik olur, belə ki, anemiya fonunda onkotik təzyiqin dəyişməsi nəticəsində qanın maye hissəsi "sızır".
Hidrotoraks - plevral boşluqda mayenin toplanması. Maye sağda toplanırsa, bu, adətən, ürək çatışmazlığının əlamətidir. Tutaq ki, miokard infarktı keçirmiş xəstənin ürək əzələsi qismən yığılma qabiliyyətini itirir, çapıq dəyişikliyi əmələ gəlir və sol mədəcik aktiv yığılmır, qanı tam həcmi ilə aortaya ötürə bilmir, qan sol mədəcikdə, sol qulaqcıqda, ağciyər venalarında, ağciyərlərdə və sağ tərəfdə durğunlaşır, çünki anatomik olaraq müəyyən xüsusiyyətlər var: sağ ağciyər üç paydan ibarətdir, toporafik olaraq qaraciyərin üzərində "oturur", ağciyər arteriyasının gövdəsi qısadır. Demək, ağciyərlərin rentgenoqrammasında və ya
kompüter tomoqrafiyasında sağ plevral boşluqda maye aşkar olunursa, xəstənin elektrokardioqrammasına və damar anamnezinə diqqət yetirmək vacibdir.
Amma maye sol plevral boşluqda təyin edilirsə, adətən, spesifik proses (yenitörəmə və s.) mövcuddur.
Assit - qarın boşluğunda çoxlu miqdarda sərbəst mayenin toplanması deməkdir (adətən, transsudat).
Assitin yaranma səbəbləri
Qaraciyər xəstəlikləri - portal hipertenziya sindromu inkişaf etməklə qaraciyər sirrozu; qaraciyərin metastatik zədələnməsi; hepatosellülyar karsinoma
Ürək-damar sistemi xəstəlikləri - durğunluq ürək çatışmazlığı, konstriktiv perikardit;
Böyrək xəstəlikləri - nefrotik sindrom;
Onkoxəstəliklər - peritonun kanseromatozu;
Peritonun birincili xəstəlikləri - vərəmli peritonit;
Endokrin sistemi xəstəlikləri - hipotireoz.
Ödem sindromunun üç yaranma səviyyəsi:
1. Böyrəküstü / qaraciyərüstü: durğunluq ürək çatışmazlığı, portal qaraciyər sirrozu;
2. Böyrək/ qaraciyər səviyyəsi: qlomerulonefrit, amiloidoz.
3. Böyrəkaltı / qaraciyəraltı səviyyə: kiçik çanaq onkologiyası.