Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR AQŞ Qlobal Saziş Lideri elan edilən ilk Azərbaycan şirkətidir

SOCAR AQŞ Qlobal Saziş Lideri elan edilən ilk Azərbaycan şirkətidir

Tarix: 27 Sentyabr 2019 19:15

Bakı. Trend:

SOCAR AQŞ BMT-nin Qlobal Saziş və sosial məsuliyyət sahəsində qəbul olunmuş 10 prinsipinə uyğunlaşdırılmış biznes fəaliyyətinə əsasən Qlobal Saziş Lideri elan edilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, BMT-nin Nyu Yorkda keçirilən Qlobal Saziş Liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilib, dünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.

BMT-nin Qlobal Sazişinin icraçı direktoru Layz Kinqo deyib: “Lider şirkətlər BMT-nin Qlobal Sazişi çərçivəsində yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirirlər. Bugünkü tədbirdə təqdir olunan və dayanıqlı korporativ inkişafını təkmilləşdirən şirkətlərin timsalında müxtəlif sahədə və səviyyələrdə fəaliyyət göstərən tərəfdaşların birgə əməkdaşlığına böyük ehtiyac duyulur. Biz, bu sahədə atılan addmlarla daha yaxşı dünya qurmağa nail ola bilərik”.

SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirib: “SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider şirkət seçilməyindən məmnunluq duyur. Şirkətimiz 2008-ci ildə fəaliyyətə başladığı gündən bəri yeni, daha məhsuldar iş yerləri açmaqla, insan kapitalının inkişafına töhfə verməklə və ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirməklə dayanıqlı inkişafa dəstək verməkdədir. BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət kimi dayanıqlı inkişaf prinsip və məqsədlərinin korporativ strategiyamızda yer alması digər şirkətlərlə əməkdaşlıq və müasir texnologiyaların tətbiqi sahəsində yeni fürsətlər yaradacaq. Qlobal Məqsədlərin tələblərinə riayət etməyimiz şirkətimizin gələcəyi üçün səciyyəvi rol oynayacaq!”

Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin Lider şirkəti təşkilatın Qlobal Sazişi qarşısındakı öhdəliyini nümayiş etdirmək üçün təşkilatın Fəaliyyət Platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi qarşısındakı öhdəliyini ‘’Davamlı İnkişaf Məqsədləri’’ və ‘’Beynəlxalq Təchizat Zəncirində Düzgün İş’’ fəaliyyət platformalarında iştirak etməklə nümayiş etdirib. Qlobal Sazişin hər bir fəaliyyət platforması şirkətləri, yerli Saziş şəbəkələrini, aparıcı mütəxəssisləri, vətəndaş cəmiyyətlərini, hökumətləri və BMT tərəfdaşlarını mürəkkəb və aidiyyatı məsələləri həll etməyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində innovativ yanaşma sərgiləməyə dəvət edir.

SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR AQŞ Qlobal Saziş Lideri elan edilən Azərbaycan şirkətidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ