Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 09:00
Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da "Məsut" obrazını canlandıran Şevket Çoruh 16 il sonra serialla vidalaşıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şevket Çoruh bu haqda sosial media hesabından paylaşım edib.
"16 sezon 632 bölüm "Arka Sokaklar"da qaçdım, qovdum. Məsutla son dəqiqəyə qədər tər tökdüm. Bu gün bu yolun sonundayam. Prodüserimiz Türker İnanoğluna, komandamıza, kamera önündə və arxasında, yayımda və istehsalda əməyi olan hər kəsə təşəkkürlər".