Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəzərinin möcüzəvi faydaları

Vəzərinin möcüzəvi faydaları

Tarix: 8 Sentyabr 2022 08:54

Göyərtilər insan orqanizmini müxtəlif xəstəliklərdən mühafizə edir. Hər bir bitkinin orqanizmdə mühüm əhəmiyyəti vardır.

İmmunitet.az xəbər verir ki, bitkilər üzrə türkiyəli mütəxəssis Muammer Yıldız vəzərinin faydaları barədə danışıb. Onun sözlərinə görə, vəzəri turpkimilər fəsiləsindəndir:

"Hamilələrə ilk 3 ayda vəzəridən istifadə etmək məsləhətdir.

Vəzəri tək halda yeyilməlidir. Hansısa göyərti və ya yeməklərlə yeyildiyi təqdirdə faydaları kəskin azalır. Tərkibi B6 vitamini ilə zəngindir.Həzm sistemini asanlaşdırır, bağırsaq sisteminə faydalıdır".

Həkim, ağciyər xərçənginə qarşı bu bitkinin sonsuz xeyrinin olduğunu qeyd edib:

"Vəzəri ağciyər xərçənginə yoluxan xəstələrin nəfəs almaqda çəkdikləri çətinliklərə qarşı məlhəmdir. Bir müddətdən sonra nəfəs almaq daha da asanlaşacaq".

Yıldız göyərti növünün qanazlığına da faydalı olduğunu vurğulayıb.

"Dəmirlə bağlı qanazlığınız varsa, ara yeməklər zamanı vəzəri yeyin. Dəmiri orqanizmdə artıacaqdır",-deyə Yıldız bildirib.

Bununla yanaşı Muammer bəy, vəzərinin daha bir sıra mühüm faydalarından bəhs edib:

"Prostat böyüməsi üçün ayda bir dəfə 5 gün ərzində istifadə edin.

İltihablı revmatizma xəstəliyi olanlara da faydalıdır.

Xoşxassəli prostat böyüməsi ilə bağlı şikayətiniz varsa, ayda bir dəfə 5 gün ərzində vəzəri kürüsünü tətbiq etmək mükəmməl nəticə verəcək".


Etiketlər:  Vəzərinin möcüzəvi faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ