Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 21:58
Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə bazar günü Fransanın nəqliyyat naziri Klement Bon məlumat verib.
O qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.
Nazirin sözlərinə görə, Aİ-nin səyləri Ukraynaya faktiki olaraq münaqişənin başlanmasından əvvəlki taxıl ixracı həcminə qayıtmağa imkan verəcək.
Qeyd edək ki, Ukraynadan taxıl ixracı iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən imzalanan razılaşmalara əsasən tənzimlənir. Prosesə Türkiyədə fəaliyyət göztərən Birgə Koordinasiya Mərkəzi nəzarət edib.