Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülüş insanı sağlam edir

Gülüş insanı sağlam edir

Tarix: 11 Sentyabr 2022 23:48

Amerikalı alimlər belə bir qərara gəldilər ki, gülüş insan orqanizminə çox yaxşı təsir edir.

Amerikalı tədqiqatçılar 14 nəfər insanın iştirakı ilə bir experiment apardılar. 20 dəqiqə ərzində experimentin iştirakçıları komediyalardan parçalara baxırdılar və sonra onların qanı analiz olunurdu. Analizin nəticəsində məlum oldu ki, experiment iştirakçıların qanında stres hormonlarının, qan təzyqinin və xolesterinin səviyyəsi kəskin azaldı, əksinə immun hüceyrələrinin həcmi artdı. Bundan əlavə, alimlər experiment iştirakşılarının iştahasının artdığını müşahidə ediblər.

Expertlərin rəyinə görə, gülüş ürək-damar sisteminin xəstəliklərinin və şəkərli diabetin əmələ gəlməsinin riskini azaldır.


Etiketlər:  Gülüş insanı sağlam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ