Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 08:02
Ermənistan tərəfdə son vəziyyət:
- Qafanın sərhəd kəndləri təxliyyə edilir: bu istiqamətdə hava hücumundan müdafiə sistemləri yerləşir;
- Gorusda hərbi obyekt sıradan çıxıb;
- Kəlbəcərlə sərhəddə yerləşən Zod kəndindən ermənilər çıxıb;
- Ermənistan Müdafiə Nazirliyində hələ də "bunker iclası"nın davam etdiyi deyilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu informasiyalar Ermənistanın təxribatı daha da genişləndirəcəyi və uzunmüddətli etmək istəyindən xəbər verir. Sərhəddə döyüşlərin getdiyi vaxt Qarabağdakı separatçıların da təxribat törədəcəyi istisna deyil.