Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 04:44
Bakı, Trend:
Almaniyadakı pis iqtisadi vəziyyət onu artan işsizliklə təhdid edir.
Trend-in məlumatına görə, bunu bazar günü Mühafizəkar Avstriya Xalq Partiyasının sədri Sebastian Kurts partiyasının Avstriyadakı parlament seçkilərində qalib gəlməsindən sonra açıqlayıb.
Həmçinin, jurnalistlərə müsahibəsində Kurts bunları söyləyib: "Ətrafımızda dünyada nə baş verdiyini bilirəm, bir çox sınaqlarla qarşılaşırıq. Almaniyada pis bir iqtisadi vəziyyət var, işsizliyin artması təhlükəsi var. Brexit ilə bağlı problem həll olunmamış qalır. Bunlar Avstriyaya təsir edən problemlərdir. Çətin günlərimiz var. buna görə ölkəmin rifahı üçün çox çalışmaq istəyirəm "deyə Kurts bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin