Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cildi təravətləndirən, ağardan və dartan maskalar

Cildi təravətləndirən, ağardan və dartan maskalar

Tarix: 18 Sentyabr 2022 12:30

Ev şəraitində hazırlayacağınız maskalar və qarışımlarla dərinizi daha da gözəlləşdirə bilərsiniz. Bunlardan biri də düyü suyudur. Tərkibində 8 fərqli amin turşusu, həmçinin B və E vitaminləri olan bu su cildinizdə gözlə görüləcək qədər dəyişiklik yaradacaqdır.

Sonxeber.net Axşam.az-a istinadən düyü ilə cildə qulluq edə biləcəyiniz bir neçə vasitəni təqdim edir.

Hansı düyü olmasından asılı olmayaraq onu su ilə bir dəfə yuyun. Daha sonra təmiz suda 30 dəqiqə isladın. Salfetdən istifadə edərək həmin suda onu isladın və üzünüzə qoyun. 10-15 dəqiqə saxlayın və maskanı çıxarın.

Eyni zamanda bu suyu kvadrat formasında donduraraq da istifadə edə bilərsiniz. Həmin buzla üzü masaj etmək dərinizi daha da təravətləndirəcəkdir.

Digər bir maskanı hazırlamaq üçün sizə bunlar gərəkli olacaq: 1 orta ölçülü yetişmiş bananı əzin. Üzərinə 1 xörək qaşığı yumurta ağı, 1 çay qaşığı düyü unu və 2 damcı E vitamini əlavə edib üz və boyun nahiyəsinə çəkin. 15-20 dəqiqə gözləyin və soyuq su ilə yuyun. 


Etiketlər:  Cildi təravətləndirən ağardan dartan maskalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ