Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 15:18
Bakı. İlhamə İsabalayeva -Trend:
Milli Məclisin deputatı Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi sənəd daxil olmayıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, müvafiq sənəd daxil olduqdan sonra Mərkəzi Seçki Komissiyası buna qanunvericiliyə uyğun reaksiya verəcək və lazımi qərarları qəbul edəcək.
Qeyd edək ki, R.Cəbrayılov deputat mandatından məhrum edilməsi ilə bağlı MM-ə müraciət edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin