Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikintiyə ''mane olan'' ağaclar kəsildi - İş prokurorluqda

Tikintiyə ''mane olan'' ağaclar kəsildi - İş prokurorluqda

Tarix: 30 Sentyabr 2019 15:54

Bakı. İlhamə İsabalayeva - Trend:

"Əkinçi BO Fermer Təsərrüfatı” MMC tərəfindən Ağcabədi rayonunun Harami düzündə aqroparkın yaradılması məqsədilə suvarma sisteminin quraşdırılması zamanı tikinti altına düşəcək ağacların məhv edildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı "Əkinçi BO Fermer Təsərrüfatı” MMC barəsində ağacların köçürülməsinə aid verilmiş icazəyə əməl edilmədiyinə görə akt tərtib olunub və təbiətə 37650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağcabədi rayon Prokurorluğuna göndərilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tikintiyə mane olan ağaclar kəsildi İş prokurorluqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ