Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəsmikdən də faydalı kalsiumlu qidalar

Kəsmikdən də faydalı kalsiumlu qidalar

Tarix: 22 Sentyabr 2022 21:03

Kalsium defisiti 30 yaşından hər kəsdə var.

D vitamini az olan insanlarda zatən kalsium da az olur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim naturopat sutkalıq kalsium dozasını almaq üçün kəsmikdən də güclü qidaları sadalayıb.

"Nəzərə alın ki, kalsium D vitaminsiz və zülalsız sovrulmur.

Sutkalıq normal 1-1,2 qramdır.

Əgər elə düşünürsüzsə ki, süd və kəsmiklə kalsium rezerviniz dolur, yanılırsız.

Kəsmikdən də zəngin qidalar var.

- Yumurta qabığı - bir yumurta qabığında 2 qr kalsium var, çox yaxşı təbii formadadır. Orqanizmə yad deyil.

Yumurta qabıqlarını yuyun, qurudun, üyüdün. Bir sutkalıq dozanı yarım çay qaşığı tozu yoqurta qatıb yeyin.

Parmezan pendiri - ən lider məhsuldur. Gündə 70 qram kifayətdir.

Küncüt - qara küncütü isladıb sonra yeyin

Badam - gündə 10 badamı isladıb yeyin.

Sarımsaq- bütün yeməklərə qatın

Cəfəri - C vitamini, eləcə də kalsiumla zəngindir.

Milli.Az


Etiketlər:  Kəsmikdən faydalı kalsiumlu qidalar


RƏYLƏR