Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlərdə mədə xorası əmələ gəlir - Risk qrupu

Kimlərdə mədə xorası əmələ gəlir - Risk qrupu

Tarix: 22 Sentyabr 2022 23:48

Stress, qorxu, helikobakteri bakteriyası, qeyri-düzgün qidalanma və çox miqdarda dərman mədədə xora aça bilər.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Nuriya Dianova bildirib.

"Mədənin xorası qastritdən daha ağır mərhələdir.

Əsas səbəb infeksiyadır. Helikobakteri selikli qişada dərin yara əmələ gətirir.

Mədə klapan və sfinktirinin normal işləməməsi nəticəsində öd şirəsi mədəyə geri axır, bu da iltihabi proses yaradır.

Yüksək səviyyədə stress, təşviş, depressiyada olanların da mədəsi zədələnir.

Hormonal dərman və ağrıkəsici qəbul etdikdə də xora baş verə bilər.

Stress nəticəsində damar və kapilyarların spazmı baş verir.

İnsan hər gün əsəbləşirsə, bu mədənin selikli qişasının dərin zədələnməsibə səbəb ola bilər.

Eləcə də fast-food, quru, soyuq, qızarmış qidalar, kanserogen maddəli ərzaqlar mədəni hüceyrə səviyyəsində pozur.

Mədəni bu hallar varsa yoxlatmaq lazımdır".


Etiketlər:  Kimlərdə mədə xorası əmələ gəlir Risk qrupu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ