Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 20:46
Almaniyanın "Bayer" klubunun iranlı hücumçusu Sərdar Azmun ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Azmun, sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb:
"Federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir".
Azmun 2022-ci ilin yanvarında Rusiyanın "Zenit" klubundan "Bayer"ə keçib.