Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 10:56
Bakı. Samir Əli - Trend:
Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir: "Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Onların hazırda məhkəmə prosesi yekunlaşdığını görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin