Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan daşınan kənd təsərrüfatı məhsulunun miqdarı açıqlandı

Ukraynadan daşınan kənd təsərrüfatı məhsulunun miqdarı açıqlandı

Tarix: 4 Oktyabr 2022 08:40

"Taxıl dəhlizi" işə başlayandan bəri Ukraynanın 6 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 261 gəminin Ukrayna limanlarını tərk etdiyi bildirilib.

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 3-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 4 gəmi "Odessa" limanını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 77,4 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb.

Milli.Az


Etiketlər:  Ukraynadan daşınan kənd təsərrüfatı məhsulunun miqdarı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ